Atom bombasının qalıqlarından tapılan ərimiş qol saatı 31 113 dollara satılıbbackend

Atom bombasının qalıqlarından tapılan ərimiş qol saatı 31 113 dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1945-ci ildə Yaponiyanın cənub-qərbində, Xirosimaya atılan atom bombasının qalıqlarından tapılan ərimiş qol saatı 31 min 113 dollara satılıb.

Editor.az xəbər verir ki, saat ABŞ-ın Boston şəhərində keçirilən “RR Auction” hərracında bombalanmış Xirosimanın xarabalıqlarından çıxarılıb. Saatı alan müştərinin adı açıqlanmayıb. Hərracın verdiyi açıqlamada məşhur qol saatı “nüvə əsrinin şəfəqinin əlaməti və sivilizasiyanın alaqaranlığının müjdəçisi” kimi təsvir edilib.

Saatı təcili yardım ləvazimatlarını çatdırmaq üçün şəhərə gələn Britaniya əsgəri tapıb.

//Gülnarə Abasova, Editor.az