Atom elektrik stansiyasında qorxulu nasazlıq: Əməliyyatlar dayandırıldıbackend

Atom elektrik stansiyasında qorxulu nasazlıq: Əməliyyatlar dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrində enerji problemləri davam edərkən, İsveçin ən böyük atom elektrik stansiyası olan “Oskarshamn”ın 3 saylı reaktorunda turbin sıradan çıxdıqdan sonra reaktorun fəaliyyəti dayandırılıb. Radiasiya sızması və ya digər potensial təhlükələr barədə məlumat verilməyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Oskarshamn Atom Elektrik Stansiyasının sözçüsü Desiree Liljevall verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, sözügedən reaktor dünyanın ən böyük qaynar su reaktorlarından biridir. Oskarshamn Atom Elektrik Stansiyasının tikintisinə 1980-ci ildə başlanılıb və 5 ildən sonra istismara verilib.

İstifadəyə verildiyi zaman ilkin olaraq üç reaktoru olan Oskarshamn-ın 2 reaktoru həmişəlik bağlanmışdı.Təxminən 10 milyon əhalisi olan İsveçdə daha iki atom elektrik stansiyası var.

//Safura Bənnayeva, Editor.az