ATU-nun tələbələri külli miqdarda narkotiklə tutuldularbackend

ATU-nun tələbələri külli miqdarda narkotiklə tutuldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin narkotiklə saxlanılması məsələsinə münasibət bildirib.

Bununla bağlı  ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova danışıb.

“Təəssüf ki məlumatları oxuduq. Sözügedən şəxslər ATU-nun tələbələridir. Hazırda universitetlərdə qış imtahan sessiyaları ilə bağlı tələbələr olmur”.

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki universitetə yekun rəsmi məlumat daxil olmayıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın yekun nəticəsinə uyğun olaraq ATU rəhbərliyi həmin tələbələr barədə universitetin daxili nizam-intizam qaydalarına müvafiq tədbirlər görəcəkdir”, – G.Aslanova qeyd edib.