Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı vəfat edib.
Editor.az report-a istinadən xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.
Məlumata görə, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.

