backend

ATV-nin 32 əməkdaşı işdən çıxarıldı – Aralarında rəhbər şəxslər də var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.
Editor.az teleqraf.com-a istinadən xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.
Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.