Donetsk vilayətinin Avdeevka yaxınlığında, xüsusən də şəhərin cənub-qərbində – Nevelskoye və Pervomaiskoye bölgələrində, habelə şimal-qərbdə – Novobaxmutovka, Novokalinovo və digər yaşayış məntəqələri yaxınlığında Ukrayna əsgərləri və rus işğalçıları mövqe döyüşləri aparırlar.
Editor.az Amerika Müharibənin Tədqiqi İnstitutuna (ISW) istinadən bildirir ki, düşmən bir qədər irəliləyib. “Yanvarın 17-də dərc olunan geolokasiya görüntüləri rus qoşunlarının Nevelskoyenin şərqində mövqe tutduğunu və hücuma keçdiyini göstərir…”, – analitiklər deyirlər.
İnstitut əlavə edib ki, Ukrayna və Rusiya mənbələrinin məlumatına görə, mövqe döyüşləri Severnı rayonunda (Avdiivkanın qərbində), şəhərin şimal-qərbində Koks-Kimya Kombinatı və cənub-şərqdə sənaye zonası yaxınlığında baş verir.
//Samir Qurbanov, Editor.az

