Avdeevkada nə baş verir?backend

Avdeevkada nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri rus ordusunun çatışmazlıqlarından istifadə edərək Avdeevkanın qərbində rus işğalçılarının hücumlarını uğurla dəf edirlər.

Editor.az Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi bloqerlər iddia edirlər. Xüsusilə, “hərbi müxbirlərdən” biri Rusiyanın bəzi motoatıcı birləşmələrində Ukrayna zirehli texnikasını məhv etmək üçün lazım olan qumbaraatanların olmadığını söyləyib.

Üstəlik, bloqqer bəyan edib ki, Rusiya komandanlığı Rusiyanın ərazi üzərində nəzarətini həddən artıq qiymətləndirən qeyri-dəqiq xəritələrdən istifadə etməyə davam edir. Lakin “DeepState” resursu bildirir ki, martın 3-nə olan məlumata görə, Orlovka kəndi rusların tam nəzarəti altında deyildir. Bununla belə, Tonenki və Orlovka arasında düşmən taktiki mövqeyini bir qədər yaxşılaşdırıb.

//Samir Qurbanov, Editor.az