Avdeyevka yaxınlığında evə getməyə hazırlaşan 108 ukraynalı əsgər öldürülüb?backend

Avdeyevka yaxınlığında evə getməyə hazırlaşan 108 ukraynalı əsgər öldürülüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, dekabrın 25-də Avdeyevka yaxınlığında 108 ukraynalı hərbçinin həlak olması barədə internetdə məlumat yayılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bunu təkzib edir.

Editor.az xəbər verir ki, axşam saatlarında politoloq Vitali Bala Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, briqadalardan birinin 100-dən çox əsgəri Milad bayramı üçün bir həftəlik evə buraxılıb. İddialara görə, döyüşçülər püşk atıblar. “Püşk atıb avtobuslara minib getmiş, amma evə gedib çatmayıblar. Onların ailələrinə kədər üz verib”.

Daha sonra Baş Qərargah bu məlumatın saxta olduğunu və həmçinin informasiya gigiyenasına riayət etməyə çağıran rəsmi açıqlama yayıb. “Sosial şəbəkələrdə Milad bayramı ərəfəsində Avdeyevka istiqamətindəki briqadalardan birində guya 108 nəfərin ölməsi ilə bağlı məlumatlar saxtadır”, – deyə Telegram-da yazıblar.

//Samir Qurbanov, Editor.az