Avdeyevski istiqamətində ukraynalı əsgərlər Rusiyanın “Meteorit” mina təmizləmə qurğusunu məhv ediblər.
Editor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə 47 OMBR məlumat yayıb.“ Avdeyevski istiqamətində düşmənin texnikası yanır.
47-ci əlahiddə mexanikləşdirilmiş briqadanın əsgərləri Rusiyanın UR-77 “Meteorit”ini məhv ediblər.
Bu özüyeriyən raket minalardan təmizləmə sistemidir”, – məlumatda deyilir. Qeyd olunur ki, bunu İHA-nın zərbə batalyonu operatorlarının çəkdiyi video da təsdiq edir.
//Samir Qurbanov, Editor.az

