Avrapanın üç-beş il vaxtı var – Estoniyanın baş naziri Kaja Kallasbackend

Avrapanın üç-beş il vaxtı var – Estoniyanın baş naziri Kaja Kallas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya üç-beş il ərzində NATO ölkələrinin şərq cinahı üçün yenidən ciddi təhlükə yaradacaq.

Editor.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas “The Times” qəzetinə müsahibəsində bildirib. Nəşrin yazdığına görə, alyansda Ukraynada ehtimal olunan atəşkəsdən sonra “rus qoşunlarının öz sərhədlərində canlandırılmasına” nə qədər vaxta hazır olacağı ilə bağlı narahatlıq artır.

“Kəşfiyyatımızın hesablamalarına görə, bu, üç-beş ildən sonra baş verəcək. Bu, bizim Ukrayna ilə bağlı mövqeyimizin birliyini nə qədər qoruyub saxlamağımızdan çox asılı olacaq”, – xanım Kallas bildirib. O, hesablamalarında Estoniya Xarici Kəşfiyyat Departamentinin hesabatına istinad etdiyini açıqlayıb. Hesabat Ukraynada hərbi münaqişə zamanı tərəflərin atəşkəs barədə razılığa gələ biləcəyi ssenariyə əsaslanır.

Estoniya hakimiyyəti hesab edir ki, bu halda onların ölkəsi və iki qonşu Baltikyanı ölkə “NATO-nun ən həssas hissəsinə” çevriləcək. Kaja Kallas deyib: “Baltikyanı ölkələrin nöqteyi-nəzərindən Rusiya hələ də bizim regionda real hərbi təzyiq göstərmək üçün kifayət qədər gücə malikdir”.

//Samir Qurbanov, Editor.az