AVRO-2020: İngiltərə yığması yarımfinala darmadağınla yüksəldibackend

AVRO-2020: İngiltərə yığması yarımfinala darmadağınla yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.

İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Qalan qolları Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.

Beləliklə, yarımfinal oyunlarında üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Finala gedən yolda İtaliya İspaniya ilə iyulun 6-da, Danimarka isə İngiltərə ilə iyulun 7-də görüşəcək. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.