AVRO-2020: Uels millisinin Bakıya gətiriləcək yekun heyəti açıqlandıbackend

AVRO-2020: Uels millisinin Bakıya gətiriləcək yekun heyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Editor.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmada baş məşqçi səlahiyyətlərini yerinə yetirən Robert Peycin “26-lığ”ı aşağıdakı kimidir:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə)

Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”, Almaniya), Kris Mefam (“Bornmut”, İngiltərə), Kris Qanter (“Çarlton”, İngiltərə), Konnor Roberts (“Suonsi”, İngiltərə), Ben Kabango (“Suonsi”, İngiltərə), Co Rodon (“Tottenhem”, İngiltərə), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”, İngiltərə), Ben Devis (“Tottenhem”, İngiltərə), Neko Uilyams (“Liverpul”, İngiltərə),

Yarımmüdafiəçilər: Conatan Uilyams (“Kardiff Siti”), Rubin Koluill (“Kardiff Siti”), Aaron Remsi (“Yuventus”, İtaliya), Co Morrell (“Luton”, İngiltərə), Etan Ampadu (“Çelsi”, İngiltərə), Co Allen (“Stok Siti”), Mettyu Smit (“Mançester Siti”, İngiltərə), Dilan Lüitt (“Mançester Yunayted”, İngiltərə), Devid Bruks (“Bornmut”, İngiltərə), Harri Uilson (“Liverpul”)

Hücumçular: Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Qaret Beyl (“Real Madrid”, İspaniya), Kiffer Mur (“Kardiff Siti”), Tayler Roberts (“Lids”, İngiltərə)

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Loading...