AVRO-2024: İspaniya yarımfinala vəsiqə qazandıbackend

AVRO-2024: İspaniya yarımfinala vəsiqə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Editor.az xəbər verir ki, Ştutqartdakı “MHP Arena” stadionunda keçirilən qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts status-kvonu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dubl edən Dani Olmo komandasını yarımfinala daşıyıb.

Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya-Fransa cütünün qalibi olacaq.