AVRO-2024: Türkiyə millisi bu gün Xorvatiyanı qəbul edəcəkbackend

AVRO-2024: Türkiyə millisi bu gün Xorvatiyanı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulacaq.

Üç qrupda ümumilikdə 7 oyun keçiriləcək.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edəcək.

A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.

I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili sınağa çəkəcək.

AVRO-2024, seçmə mərhələ

II tur

28 mart

A qrupu

20:00. Gürcüstan – Norveç

22:45. Şotlandiya – İspaniya

Xal durumu: İspaniya – 3, Şotlandiya – 3. Gürcüstan – 0 (oyun keçirməyib), Norveç – 0, Kipr – 0

D qrupu

22:45. Türkiyə – Xorvatiya

22:45. Uels – Latviya

Xal durumu: Türkiyə – 3. Uels – 1, Xorvatiya – 1. Latviya – 0 (oyun keçirməyib), Ermənistan – 0

I qrupu

22:45. İsveçrə – İsrail

22:45. Rumıniya – Belarus

22:45. Kosovo – Andorra

Xal durumu: İsveçrə – 3, Rumıniya – 3. Kosovo – 1, İsrail – 1. Andorra – 0, Belarus – 0