AVRO-2026: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayırbackend

AVRO-2026: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

“Report”un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma İsveçi qəbul edəcək.

Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Görüşü Qazaxıstandan olan Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.

Qeyd edək ki, skandinaviyalılar 5-ci qrupdakı ilk matçda Yunanıstana uduzublar – 1:4.