Gürcüstanın futbol klubları 2025/26 mövsümündə Avropa yarışlarında iştirak etmək üçün UEFA-dan lisenziya alıb.
Bu barədə Respublika Futbol Federasiyasının açıqlamasında bildirilir. Lisenziyalar aşağıdakı klublara verilib:
“Dila” Qori, “Dinamo” Tbilisi, “Iberia 1999” Tbilisi, “Samqurali” Tskaltubo, “Samtredia”, “Spaeri”, “Torpedo” Kutaisi, “Lançxuti” qadın klubu.
Xatırladaq ki, UEFA tərəfindən verilən lisenziyalar kluba Konfrans Liqası, Avropa Liqası və Çempionlar Liqasında iştirak etmək imkanı verir.
//Samir Qurbanov, Editor.az