Avroliqa: Pley-off darmadağınla başladıbackend

Avroliqa: Pley-off darmadağınla başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasında pley-off mərhələsinə start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Serbiyanın “Srvena Zvezda” komandası doğma meydanda Rumıniyanın “ÇFR Kluj” kollektivini qəbul edib. Meydan sahibləri bu oyunda 4 cavabsız qola seviniblər.

Pley-off mərhələsinin digər oyunları 18 və 19 avqustda keçiriləcək. 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – ÇFR Kluj (Rumıniya) 4:0

18 avqust

22:45. Seltik (Şotlandiya) – Alkmaar (Niderland)

19 avqust

21:00. Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa)
21:00. Omoniya (Kipr) – Antverpen (Belçika)
21:00. Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
22:00. Mura (Sloveniya) – Şturm (Avstriya)
22:45. Fənərbağça (Türkiyə) – HJK (Finlandiya)
23:00. Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
23:00. Rapid (Avstriya) – Zarya (Ukrayna)