Avronun dollara qarşı ucuzlaşmasının səbəbi nədir? -Deputat Tahir Mirkişili şərh edirbackend

Avronun dollara qarşı ucuzlaşmasının səbəbi nədir? –Deputat Tahir Mirkişili şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Mərkəzi Bankının (ECB ) sədri, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Francois Villeroy de Galhau “France Info” radiosuna müsahibəsində avronun dollara nisbətdə ucuzlaşmasını şərh edib.
Avronun son zamanlar ucuzlaşmasının valyutanın zəif olduğu anlamına gəlmədiyini qeyd edən Villeroy, “İlin əvvəlindən bu yana baş verənlərə baxanda avronun zəif olmadığını, dolların ənənəvi təhlükəsiz sığınacaq alışları ilə güclü olduğunu görürük”,- deyib.

Avronun ucuzlaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib ki, Avronun ABŞ dollarına qarşı ucuzlaşması 2021-ci ilin ortalarından başlayıb: “ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini radikal şəkildə artırması, Avropa Mərkəzi Bankının isə əksinə, daha ləng və yumşaq siyasəti, Ukraynada müharibə, qlobal inflyasiya, enerji daşıyıcıları qiymətlərinin kəskin artımı avronun əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb oldu. ABŞ dolları nəinki avro, digər valyutalara nisbətdə də bahalaşmağa davam edir.

Bu, ABŞ dövlət istiqrazlarına investisiyanı daha cəlbedixi etdiyindən, dollara tələb artır və bu prosses davam etməkdədir. Dolların bahalaşması ABŞ-da əsasən inflyasiyanı zəiflətmək məqsədi güdsə də, məşğulluğa vuracağı zərbə ucbatından prossesin davamlı olması gözlənilmir.

Bu prossesin manata təsirinin olacağı gözlənilmir. Manatın kursuna əsas təsir edən amil ölkənin valyuta gəlirlərinin həcmi, tədiyyə balansının qalığıdır. Hər iki göstərici bu il kifayət qədər yuxarıdır, müsbətdir. Hazırki makro iqtisadi imkanlar manatın kursunun sabit qalması üçün lazımi şəraiti yaratmaqdadır”.

\\Safura Bənnayeva, Editor.az