Avronun ucuzlaşmasına səbəb nədir?-AÇIQLAMAbackend

Avronun ucuzlaşmasına səbəb nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər ərzində avro ABŞ dollarından daha möhkəm valyuta rolunda çıxış edirdi. Lakin son 20 ildə ilk dəfə olaraq iyulun 12-də bu iki valyutanın məzənnəsi əvvəlcə bərabərləşdi, avqustun 24-də isə ABŞ dollarının məzənnəsi avronun məzənnəsini keçdi. Avronun ucuzlaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib ki, bu gün avronun qiyməti sürətlə düşür:

“Bunun bir neçə səbəbi var. Pandemiyadan sonra Avropa ölkələrində iqtisadiyyatın dirçəlməsi və hətta pandemiya ilə bağlı məhdudiyyətlərin uzun illər qalması kimi amillər istər-istəməz iqtisadiyyatın gözlənilən tempdə inkişafına təsir göstərdi. İkinci amil isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyalardır. Avropanın aparıcı ölkələrindən hesab olunan Almaniya iqtisadiyyatı, Rusiya, Çin kimi ölkələr xammal baxımından Ukraynadan asılıdır. Bu da istər-istəməz Avropanın özündə bahalaşmaya gətirib çıxardır. Enerji resurslarının da bahalaşması Avropa məkanın baha qiymətə enerji əldə etməsi, eyni zamanda, Amerika və digər mənbələrə müraciət etmək kimi faktlar avronun dollar qarşısında dəyərinin ucuzlaşmasına səbəb olur”.

//Safura Bənnayeva, Editor.az