Avropa ABŞ-dan suverenliyinə yönələn təhdidlərdən narahatdırbackend

Avropa ABŞ-dan suverenliyinə yönələn təhdidlərdən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri ABŞ Prezidenti Donald Trumpın Avropa İttifaqına (Avropa İttifaqı) üzv dövlətlərin maliyyə və texnoloji suverenliyinə təhdid yarada biləcək addımlarından narahatdır.

Editor.az The New York Times (NYT) nəşrinin məlumatına istinadla xəbər verir ki, Venezuelada baş verən hadisələrin və Trampın Qrenlandiyanı nəzarətə götürmək vədi ilə bağlı açıqlamalarının Aİ ölkələrinin suverenliyinə yönəlmiş “yeni bir təhdid” formalaşdırdığını qeyd edir. Xüsusilə avropalılar maliyyə müstəqilliyi və məlumatların təhlükəsizliyi məsələlərində ciddi narahatlıq keçirirlər.

Qəzet yazır ki, “ən böyük risklər vətəndaşlar, biznes qurumları və hökumətlər arasında həyata keçirilən demək olar ki, bütün alış-veriş və informasiya mübadiləsinin əsasını təşkil edən qlobal maliyyə və texnologiya sistemlərində ABŞ-ın dominant mövqeyindən qaynaqlanır”.

Materialda bildirilir ki, Avropa liderləri artıq Amerikanın texnologiya nəhəngləri – Amazon, Google və Microsoft, eləcə də Mastercard və Visa kimi ödəniş sistemlərindən asılılığı azaltmaq istiqamətində səylərini gücləndiriblər. Jurnalistlər qeyd edirlər ki, iqtisadçılar və bankirlər amerikalı maliyyə şirkətləri və şəbəkələrindən asılılığın azaldılması məqsədilə rəqəmsal avronun yaradılmasını dəstəkləməyə çağırırlar.

NYT vurğulayır ki, “pul və rəqəmsal suverenliyin təmin edilməsi istiqamətində atılan addımlar Avropanın Amerika silahları, ticarəti, texnologiyası və digər sahələr üzrə asılılığını azaltmağa yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir”.

//Gülnarə Abasova, Editor.az