Avropa ABŞ-ın nüvə potensialını əvəz edə bilməyəcək – “Agence France-Presse”backend

Avropa ABŞ-ın nüvə potensialını əvəz edə bilməyəcək – “Agence France-Presse”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə “Agence France-Presse” yazır. Nəşr qeyd edir ki, Avropa ABŞ prezidenti Donald Trampın dəfələrlə tələblərindən sonra müdafiə xərclərini artırmağa çalışır. Məqalədə deyilir: “Hətta ABŞ-ın nüvə potensialı kimi əsas aktivləri əvəz etmək faktiki qeyri-mümkün olacaq”.

Xatırladaq ki, Tramp dəfələrlə Şimali Atlantika Alyansına üzv ölkələrdən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb edib. Öz növbəsində Fransa prezidenti Emmanuel Makron martın 5-də bütün Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadəsinə dair müzakirələrə başlamaq qərarına gəldiyini açıqlayıb. O əlavə edib ki, istənilən vəziyyətdə bu tip silahlardan istifadə qərarı həmişə respublika prezidentinin səlahiyyətində qalacaq.

//Samir Qurbanov, Editor.az