Avropa avtomobil bazarında satış 18,8 faiz geriləyibbackend

Avropa avtomobil bazarında satış 18,8 faiz geriləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında Avropanın avtomobil bazarında 1127077 satış baş tutub.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu da keçən ayla müqayisədə 18.8 faiz geriləmə deməkdir. Bundan əvvəlki ayda Avropa avtomobil istehsalçıları 1387985 ədəd avtomobil ixrac edə bilmişdi.

Satışların azalma prosesi hər ölkədə fərqli faizlərlə müşahidə olunub. Belə ki, bu il ən az avtomobil satışı İsveçdə daha sonra isə İtaliya, Sloveniya, İslandiya və İrlandiyadır. Buna baxmayaraq bəzi ölkələrdə avtomobil satışlarında yüksəlmələr də olub. Finlandiya, Sloveniya və Rumuniyada avtomobillərə tələbat keçən ayla müqayisədə daha yüksəkdir.

//Editor.az