Birləşmiş Ştatlar NATO üçün böyük xərclər ödəyir və Avropa ilə ticarətdən itkilər görür.
Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib. “Bu ola bilməz. ABŞ ticarətdə 1,9 trilyon dollar itirə bilməz. Biz Avropa ölkələrini qorumaq üçün NATO-ya pul xərcləyə bilmərik. Biz onlara hərbi yardım edirik, onlar isə bizi ticarətdə aldadırlar. Bu, dəlilikdir. Mən buna görə seçildim” – Donald Trampdeyib. O qeyd edib ki, Avropa Birləşmiş Ştatlarla “çox pis” rəftar edir və ölkəyə milyonlarla Avropa avtomobilini aktiv şəkildə idxal edən Vaşinqtondan fərqli olaraq, onlardan avtomobil və kənd təsərrüfatı texnikası almır.
Bundan əvvəl dövlət katibi Marko Rubio ABŞ-ın NATO-da fəal rol oynamağa davam etdiyini və gücünü artırmaq istədiyini bildirmişdi. O, Donald Trampın alyansın əleyhinə olmadığını, lakin onun lazımi imkanlarının olmamasının əleyhinə olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az