Avropa Birliyi Lukaşenkoya vaxt verdibackend

Avropa Birliyi Lukaşenkoya vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrdan dövlət başçısı sayılmamalıdır.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikir Avropa Parlamentinin deputatları tərəfindən bildirilib.

Deputatlar Lukaşenkonun 5-ci prezidentlik müddətinin məhz bu ilin noyabrında bitdiyini açıqlayıblar.

“Aleksandr Lukaşenkonun səlahiyyət müddəti bu ilin noyabrın 5-də sona yetəndə, parlamenti artıq rəsmi olaraq onu ölkə prezidenti kimi tanımayacaq. Çünki onun andiçmə mərasimi 2015-ci ilin 5 noyabrında keçirilib”.

Qeyd edək ki, Avropa Parlamenti bundan öncə Lukaşenkoya tətbiq olunacaq sanksiyalara dəstək verib.