Avropa Birliyi ölkələri 2024-cü ildə müdafiə xərclərini 2023-cü illə müqayisədə 19% (ÜDM-in 1,9%-i) artıraraq 343 milyard avroya çatıb.
Editor.az xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin (EDA) illik hesabatında bildirilib.
Sənəddə bildirilir ki, ilkin məlumatlara görə, Aİ-yə üzv dövlətlərin müdafiə xərcləri 2025-ci ildə 392 milyard avroya çata bilər və bu, NATO-nun ÜDM-in 2%-i hədəfini üstələyə bilər.
Qeyd edək ki, iyunun 24-25-də Haaqada keçirilən NATO sammitində üzv dövlətlərin liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə razılığa gəliblər.
//Gülnarə Abasova, Editor.az

