Avropa Birliyindən Rusiyaya qarşı sanksiyalar artırbackend

Avropa Birliyindən Rusiyaya qarşı sanksiyalar artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib.

“Əminəm ki, G7 ölkələri və digər əsas tərafdaşlar tezliklə Rusiya neftinin qlobal tavan qiymətini təsdiqləyəcəyik”,-deyə o, bildirib.

Bildirək ki, Von der Leyen Bauhaus tədbiri üçün səfər etdiyi Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın Baş naziri Sanna Marin, Estoniyanın Baş naziri Kaja Kallas və İsveç Baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib. Ukrayna xalqının Rusiyanın hücumları səbəbiylə qışı işıqsız keçirməyə məcbur olduğunu bildirən fon der Leyen, “Körpələr, onların valideynləri, nənə və babaları qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir”,-deyib.

“Mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiya paketi üzərində tam sürətlə işləyirik. Əminəm ki, çox yaxında biz G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət tavanını təsdiq edəcəyik”.

//Gülnarə Abasova, Editor.az