Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 3-ü qızıl medal qazana bilərbackend

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 3-ü qızıl medal qazana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.

74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Simon Marklın (Avstriya) müqavimətini qırmağa çalışacaq.

86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) / Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.

Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.

Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.