Avropa çempionatında 3 qızıl, 1 gümüş medal qazanan Azərbaycan karateçiləri Vətənə qayıdıblarbackend

Avropa çempionatında 3 qızıl, 1 gümüş medal qazanan Azərbaycan karateçiləri Vətənə qayıdıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanmış Azərbaycanın kudo üzrə millisi Vətənə qayıdıb.

“Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, Azərbaycan Koşiki Karate-do Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, karateçilərdən -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev, -215 (U-19) kateqoriyasında mübarizə aparmış Sevinc Mövsümzadə və -250 kateqoriyasındakı Elbrus Səmədov qızıl medal əldə ediblər. -230 (U-19) kateqoriyasında qüvvəsini sınamış digər idmançımız Kənan İsmayılzadə isə gümüş medala sahib çıxıb.