Avropa Donald Trampın təklif etdiyi, Rusiyanın Krım və bəzi işğal olunmuş ərazilər üzərində nəzarətinin tanınmasını nəzərdə tutan “sülh planı”nı qəbul etməyə hazırdır.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazır. Nəşr qeyd edir ki, Moskvanın Ukrayna ərazilərini ələ keçirməsini rəsmən tanımaq təklifi Kiyev və onun avropalı müttəfiqlərində narahatlıq yaradıb, lakin Avropa bu varianta da açıqdır. “Britaniya və Fransa rəsmiləri danışıqlardan xəbərdar olan şəxsin sözlərinə görə, Ukraynanın təhlükəsizlik zəmanəti və iqtisadi dəstək müqabilində Rusiyanın ələ keçirdiyi ərazilərin bir hissəsinə nəzarəti itirməyə razılaşdığı ssenariyə açıqdır”, – qəzet yazır.
Nəşr qeyd edir ki, eyni zamanda, Fransa və Böyük Britaniya Rusiyanın Ukraynadan ələ keçirdiyi ərazilərə nəzarəti yalnız de-fakto, Koreya müharibəsini bitirən ssenariyə bənzər şəkildə tanıyan sazişə üstünlük verəcəklər. Eyni zamanda WSJ qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın təklif etdiyi “sülh planı”nı rədd edib, bu, Trampın Ukraynadakı müharibəni bitirmək səylərini təhlükə altına qoyur və Kiyev və Vaşinqton arasında münasibətlərin gələcəyinə yeni qeyri-müəyyənlik gətirir.
//Samir Qurbanov, Editor.az