Avropa danışıqlarda iştirak etmək üçün Ukraynaya qoşun göndərmək istəyirbackend

Avropa danışıqlarda iştirak etmək üçün Ukraynaya qoşun göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron böhranın həlli üçün Avropa liderlərini danışıqlara cəlb etmək məqsədilə Ukraynaya qoşun göndərmək ideyasını irəli sürməyə davam edirlər.

Editor.az Financial Times-a istinadla bu barədə belə yazır.

“Starmer və Makron atəşkəs danışıqlarında iştirak etmək və Ukraynanın əhval-ruhiyyəsini yüksəltmək üçün Avropaya qoşun göndərmək təklifini dəstəkləməyə davam edirlər”,- deyə bildirilib.

Almaniyanın bu məsələdə daha balanslı mövqe tutduğu görünür.

“Digər ölkələr, o cümlədən Almaniya, daha çox şübhə ilə yanaşır, çünki ABŞ bu ideyaya qarşıdır və təhlükəsizliklə bağlı “dəstək” vəd etməyib”, -FT deyir.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius daha əvvəl bəyan etmişdi ki, alman əsgərlərinin Ukraynaya göndərilməsi yalnız beynəlxalq mandat çərçivəsində mümkündür.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Ukraynaya qoşun yeritmək üçün parlamentdən icazə tələb olunacaq.

//Gülnarə Abasova, Editor.az