Avropa diplomatiyası rəhbərindən şok iddia: HƏMAS İsrail tərəfindən maliyyələşdirilibbackend

Avropa diplomatiyası rəhbərindən şok iddia: HƏMAS İsrail tərəfindən maliyyələşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Fələstinin HƏMAS, İordan çayının qərb sahilində hakim olan FƏTH partiyasının fələstinlilərə təsirini zəiflətmək üçün İsrail tərəfindən maliyyələşdirilib.

Editor.az bildirir ki, Borrell bunu Valyadolid Universitetində çıxışı zamanı deyib: “Bəli, HƏMAS FƏTH-in rəhbərliyi altında Fələstin Muxtariyyətini zəiflətmək üçün İsrail tərəfindən maliyyələşdirilib” (Reuters-dən sitat gətirir).

Lakin o, təfərrüatları açıqlamayıb. 2023-cü ilin dekabrında “New York Times” Qətər hökumətinin HƏMAS-ı dəstəkləmək üçün illərdir Qəzza zolağına ayda milyonlarla dollar göndərdiyini, İsrailin baş naziri Benyamin Netanyahu isə bu ödənişləri “həvəsləndirdiyini” bildirdi.

NYT yazıb ki, İsrail hakimiyyəti Qəzzada sülhü qorumağı planlaşdırıb. Benyamin Netanyahu “Politico”ya müsahibəsində bu məlumatı təkzib edib və onu yalan adlandırıb.

//Samir Qurbanov, Editor.az