Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Kiyevə gəlibbackend

Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“Onunla qatarda danışmaq imkanım oldu. Bu, Ukraynanın əsl dostudur”, – deyə Qonçarenko Telegram-da yazıb. Borrell sonuncu dəfə 2023-cü ilin oktyabrında Kiyevə səfər edib.

Avropa diplomatiyasının rəhbəri daha sonra Ukrayna prezidenti Volodimir Zelenski, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Rustem Umerovla görüşüb. Dünən, fevralın 5-də Josep Borrell Varşavada keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təfərrüatları barədə danışıb.

Onun sözlərinə görə, Moskvaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. O, təsdiqləyib ki, Avropa İttifaqı paketi fevralın 24-nə, Ukraynada hərbi əməliyyatın başlanmasının ikinci ildönümünə qədər təsdiq etmək istəyir.

//Samir Qurbanov, Editor.az