RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Avropa İttifaqı “sanksiyalara dalmaq, müharibəni davam etdirmək zərurətinə inamla” gedir.
Onun sözlərinə görə, bu yanaşma ABŞ hakimiyyətinin münasibəti ilə ziddiyyət təşkil edir. “Hələlik biz Avropa ilə dialoqun bərpası üçün heç bir ilkin şərt görmürük. Avropalılar sanksiya yolu ilə getməyə davam edir, müharibənin davam etdirilməsi zərurətinə inanaraq gedirlər.
Avropalıların bu inamı Ukrayna ətrafında münaqişənin həlli yollarını tapmaq əhval-ruhiyyəsi ilə tamamilə ziddiyyət təşkil edir, hansı ki, biz hazırda amerikalılarla bunu edirik”, – Dmitri Peskov mətbuata açıqlamasında bildirib. Prezidentin mətbuat katibi Aİ-nin yeni sanksiyalarını proqnozlaşdırıla bilən adlandırıb.
//Samir Qurbanov, Editor.az