Avropa İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşırbackend

Avropa İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndərərək, Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmədiyi təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Editor.az bu barədə Financial Times-a istinadla yazıb.

BMT-nin baş katibi Antonio Quterreşə ünvanlanan məktubu Fransanın xarici işlər nazirləri Jan-Noel Barrot, Almaniyanın xarici işlər nazirləri İohan Vadeful və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi imzalayıb. Sənəddə bildirilir ki, Aİ3 avqustda avtomatik olaraq yenilənməsinin qarşısını almaq üçün İrana qarşı sanksiyaların dayandırılmasını uzatmağı təklif edir.

Məktubda bildirilir ki, Paris, Berlin və London Tehranın avqustun sonuna kimi diplomatik həll yoluna gələ bilməməsi və ya müddətin uzadılması variantından istifadə etməməsi halında geri çəkilmə mexanizminin işə düşəcəyini açıq şəkildə bəyan edib.

Qeyd edək ki, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmasından sonra Aİ3 İranı yeni sanksiyalarla hədələyib. İran daha sonra Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə müzakirələrini yenidən başlatmağa razılaşıb və danışıqlar iyulun sonunda Türkiyədə baş tutub.

//Gülnarə Abasova, Editor.az