Avropa İttifaqı (Aİ) Danimarkaya Rusiya neftini onun sularından daşıyan tankerləri bloklamaq barədə göstəriş verəcəkbackend

Avropa İttifaqı (Aİ) Danimarkaya Rusiya neftini onun sularından daşıyan tankerləri bloklamaq barədə göstəriş verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Danimarkaya Rusiya neftini onun sularından daşıyan tankerləri yoxlamaq və bəlkə də bloklamaq barədə göstəriş verəcək.

Editor.az bildirir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən xəbər verir. Nəşrin yazdığına görə, söhbət Qərb sığortası olmadan Danimarka boğazlarından tranzit keçən tankerlərdən gedir.

Onun qanunda olmaması Aİ ölkələrinə ətraf mühit üçün təhlükə yarada biləcək gəmiləri yoxlamağa imkan verir. Qərb rəsmiləri oktyabrda dəniz yolu ilə neft daşımalarının “demək olar ki, heç birinin” barel üçün 60 dollardan aşağı həyata keçirilmədiyini etiraf etdikdən sonra təşəbbüs işlənməyə başladı.

Qərb rəsmiləri deyirlər ki, gəmilərin lazımi qaydada sığortalanmasını tələb etmək doğrudur, çünki çox həcmdə Rusiya neftinin daşınması köhnə gəmilərin “kölgə donanmalarında” həyata keçirilir və “böyük ekoloji fəlakətə gətirib çıxara bilər”.

Dəniz naviqasiyasını tənzimləyən BMT-nin Dəniz Hüququ Konvensiyasına ciddi ziyan vurma riskinin olması ilə bağlı “aydın obyektiv sübut” olduqda “gəminin həbsi də daxil olmaqla, hüquqi prosedurların başlanmasına” icazə verən müddəalar daxildir.

Lakin, FT-yə görə, əslində hər şey Danimarka dəniz qüvvələrinin tankerləri dayandırmaq və yoxlamaq qabiliyyətindən asılı olacaq. Gəminin dayanmaqdan imtina edəcəyi təqdirdə Kopenhagenin nə edəcəyi də məlum deyil. Danimarka Müdafiə Komandanlığının sözçüsü qəzetə deyib ki, onlar “dəniz təhlükəsizliyi ilə bağlı olmadığı təqdirdə boğazlardan keçən gəmiləri sənədləri və onların yoxlamırlar”. Danimarka hökuməti özü isə şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az