Yaxın Şərqdə uzunmüddətli sülh yalnız müstəqil Fələstinin yaradılmasından sonra bərqərar ola bilər.
Editor.az bildirir ki, bunu Aİ diplomatiyasının rəhbəri bildirib və vurğulayıb ki, o, təkcə mövcud eskalasiyanın aradan qaldırılmasının tərəfdarı deyil, həmçinin konkret olaraq “iki dövlət” strategiyası vasitəsilə münaqişədən çıxmağın tərəfdarıdır.
“Mən daha çox sülh prosesi haqqında deyil, yalnız iki dövlət həlli haqqında danışacağam. Və mən indi ciddiyəm”, – Josep Borrell bildirib. Bundan əvvəl İsrailin baş naziri hakimiyyətdə olduğu müddətdə Fələstin dövlətinin yaradılmayacağını açıqlamışdı. O, HƏMAS girovlarının azad edilməsi müqabilində Qəzzada atəşi dayandırmaqdan da imtina edib.
//Samir Qurbanov, Editor.az

