Brüssel sammitindən sonra Aİ liderləri görüşün yekun sənədində qeyd olunduğu kimi, Gürcüstan rəhbərliyinin hazırkı kursundan təəssüfləndiklərini bildiriblər.
Bəyanatda deyilir ki, Avropa Şurası Gürcüstan hökumətinin fəaliyyət kursundan narahatlığını ifadə edir və ölkənin üzvlük prosesinin dayandırılması qərarından təəssüflənir.
Sənəddə Tbilisiyə qarşı məhdudiyyətlərin tətbiqi çağırışlarından bəhs edilmir. Aİ liderləri Tbilisi öz kursunu dəyişəcəyi təqdirdə gürcü xalqının istəklərini və ölkənin Birliyə qoşulmaq yolunu dəstəkləməyə hazır olduqlarını bildiriblər.
//Samir Qurbanov, Editor.az