Avropa İttifaqı (Aİ) Gürcüstandan üz döndərirbackend

Avropa İttifaqı (Aİ) Gürcüstandan üz döndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Gürcüstan hökuməti hazırkı kursla davam edərsə, Avropa İttifaqı respublikanın Avropaya inteqrasiya prosesini dayandıracaq: “Aİ-nin qapıları hələlik Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirərsə, bu qapılar bağlanacaq”

Editor.az bildirir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib. Onun sözlərinə görə, hökumətin əməllərinin əvəzini Gürcüstan xalqı ödəyəcək. O, daha sonra qeyd edib ki, birlik rəhbərliyi Gürcüstandakı vəziyyəti müzakirə edəcək və öz fəaliyyət ssenarisini hazırlayacaq. Xatırladaq ki, bu bəyanat xarici agentlər haqqında qanunun qəbulu fonunda verilib.

//Samir Qurbanov, Editor.az