Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlığa görə İranı cəzalandırdıbackend

Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlığa görə İranı cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyaları təsdiqləyərək siyahıya 7 fiziki şəxsi və 7 qurumu əlavə edib.

Onların hamısı, ballistik raketlərin Rusiyaya ötürülməsinə cavabdehdir. Moskva və Tehran İranın Ukraynada istifadə üçün Rusiyaya silah tədarükünü inkar edir.

Bu barədə qərar Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında qəbul edilib. Sanksiyalar İranın üç aviaşirkətinə (İran Air, Saha Airlines, Mahan Air), eləcə də ən böyük alüminium istehsalçılarından biri olan” Iran Alumina Company” daxil olmaqla dörd sənaye və nəqliyyat şirkətinə təsir edib.

Sanksiyalara İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin üç üzvü, İranın Rusiyadakı səfirliyinin hərbi attaşesi Rza Xosrəvi Müqəddəm və İran müdafiə nazirinin müavini Seyid Həmzə də daxildir.
Aİ-nin Rusiya ilə əməkdaşlığa, həmçinin “Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplara və təşkilatlara dəstək verdiyinə görə” İrana qarşı əvvəllər təsdiqlənmiş sanksiya rejimi 27 iyul 2025-ci il tarixinədək qüvvədədir. Bu rejim, digər Aİ sanksiya rejimləri kimi, mütəmadi olaraq nəzərdən keçirilir və uzadılır. Hazırda bu rejim altında 20-dən çox şəxs və təşkilat sanksiya altındadır.

//Samir Qurbanov, Editor.az