Avropa İttifaqı (Aİ) Rusiyadan qaz alan üzv ölkələrə qarşı yeni tədbirlər planı hazırlayırbackend

Avropa İttifaqı (Aİ) Rusiyadan qaz alan üzv ölkələrə qarşı yeni tədbirlər planı hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı üzv ölkələrə Rusiya və Belarus şirkətlərinə qaz kəmərlərində və LNG terminallarında tutumların alınmasına qadağa qoymağa imkan verəcək səlahiyyətlər verməyi planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “Financial Times” qəzeti Brüsseldən gələn sənəd layihəsinə istinadən xəbər verir. “Brüsselin təklif etdiyi hüquqi mətn layihəsinə əsasən, istənilən üzv ölkə Rusiya Federasiyası və Belarus şirkətlərinə qaz kəmərləri və LNG terminallarında potensialın alınmasını qadağan edə bilər”, – nəşr yazır.

Yüksək səviyyəli Avropa rəsmisi qeyd edib ki, belə bir təşəbbüs Aİ enerji şirkətlərinə Rusiya qaz tədarükçüləri ilə müqavilələri kompensasiya ödəmədən pozmaq üçün əsas verə bilər. Bundan əvvəl neft və qaz bazarının müstəqil eksperti Vladimir Demidov bildirmişdi ki, Avropa İttifaqı Rusiya qazının tədarükündən tamamilə imtina edə bilməz, çünki ittifaqda lazımi logistika yoxdur. Mövcud terminallar Cənub-Şərqi Avropanın ehtiyaclarını ödəmək üçün kifayət etmir.

//Samir Qurbanov, Editor.az