Avropa İttifaqı (Aİ) Rusiyanın enerji infrastrukturuna həlledici zərbəni vurmağa hazırlaşırbackend

Avropa İttifaqı (Aİ) Rusiyanın enerji infrastrukturuna həlledici zərbəni vurmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanın enerji infrastrukturuna raket zərbələri fonunda Aİ Qara dənizdə enerji kabelinin çəkilməsi layihəsini dəstəkləmək niyyətindədir.

Editor.az bildirir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Leyen Buxarestdə layihə üzrə çərçivə anlaşma memorandumunun imzalanması zamanı çıxış edib. Layihədə Rumıniya, Gürcüstan, Azərbaycan və Macarıstan iştirak edir. Mesajda deyildiyi kimi, layihə bütün regionun, o cümlədən Ukraynanın təhlükəsizliyini gücləndirməyə, Rusiyanın təcavüzü zamanı dağılmış Ukraynanın enerji infrastrukturunun bərpasını sürətləndirməyə imkan verəcək. “Bu saziş Aİ-ni Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza yaxınlaşdıracaq və hər iki regionumuza “təmiz” enerji əlaqəsinə nail olmağa kömək edəcək…

Qara dəniz elektrik kabeli qonşularımıza – Moldovaya və digər ölkələrə elektrik enerjisi təchizatına kömək edəcək. Qərbi Balkanlara və təbii ki, Ukraynaya – bu, Ukraynanın enerji sisteminin bərpasına və bütün ölkənin yenidən qurulmasına xeyli asanlaşdıracaq”, – Ursula fon der Leyen vurğulayıb. O, qeyd edib ki, Avropa Komissiyası artıq bu layihəni qiymətləndirməyə başlayan araşdırmaların tamamlanmasını gözləyir və Aİ-nin, qonşu ölkələrin və bütün regionun ümumi maraqlarına cavab verdiyi halda layihəni maliyyə cəhətdən dəstəkləməyə hazırlaşır.

//Samir Qurbanov, Editor.az