Avropa İttifaqı Azərbaycan və Ermənistana çağırış etdi: 2024-cü ilə qədər sülh sazişinin imzalansın!backend

Avropa İttifaqı Azərbaycan və Ermənistana çağırış etdi: 2024-cü ilə qədər sülh sazişinin imzalansın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Azərbaycan və Ermənistanın sülh müqaviləsi yolunda irəliləyişini dəstəkləyir.

Editor.az bildirir ki, bu barədə qurumun Avropa Şurasının iclasının yekunlarına dair yayığı bəyanatda deyilir. “Avropa Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan Ermənistan və Azərbaycan arasında davamlı və sabit sülhün təşviqinə dəstəyini vurğulayır”, – bəyanatda deyilir.

Bundan əlavə, sənəddə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının Brüssel formatının dəstəklənməsinə diqqət çəkilir. Onun müəllifləri İrəvan və Bakıya 2024-cü ilə qədər sülh sazişinin imzalanması üçün qarşılıqlı fəaliyyəti dayandırmamağa çağırıblar.

//Samir Qurbanov, Editor.az