ABŞ prezidenti Donald Tramp ikitərəfli ticarət perspektivlərini müzakirə edərkən Avropa İttifaqının “Çindən daha pis olduğunu” deyib.
Editor.az bildirir ki, bu barədə “Politico” yazıb. Nəşrə görə, ABŞ və Çin arasında əldə olunan ticarət razılaşmasına toxunan Tramp “Avropa İttifaqının bir çox cəhətdən Çindən daha pis olduğunu” deyib. “Əhəmiyyətli güzəştlər edəcəklər. Görəcəksiniz. Bütün kartlar bizdədir. Onlar bizimlə çox ədalətsiz davranırlar”, – Tramp əlavə edib.
Trampın bəyanatları bir gün əvvəl söylədikləri ilə tamamilə ziddiyyət təşkil edir. Xüsusilə, bundan əvvəl o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni “fantastik” adlandırmışdı və tezliklə onunla görüşməyə ümid etdiyini əlavə etmişdi.
//Samir Qurbanov, Editor.az

