Avropa ittifaqı daxilində gərginlik: ” Bu, Azərbaycanın daha bir uğurudur”backend

Avropa ittifaqı daxilində gərginlik: ” Bu, Azərbaycanın daha bir uğurudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ittifaqı daxilində gərginliklər zaman-zaman kütləvi informasiya vasitələrinin əsas mövzularından birinə çevrilib. Bu ittifaq daxilində ilk böyük anlaşmamazlıq və bundan doğan parçalanma Böyük Britanyanın ittifaqı tərk etməsi ilə nəticələndi. Rusiyanın Ukraynaya hərbi təcavüzü isə Aİ daxilində daha geniş fikir ayrılıqlarına və qarşıdurmalara səbəb oldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Aİ-nın xüsusilə də torpaqlarını azad etmiş qalib bir ölkə olan Azərbaycana qısqanc və qərəzli münasibəti də ittifaq daxilində Macarıstan başda olmaqla bir çox ölkələr tərəfindən ciddi narazılıqlarla qarşılanır:

” Xüsusilə,Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarı alsa da, Macarıstanın bu qərarı əsaslandırılmış və məntiqi arqumentlərlə bloklaması bir daha sübut edir ki, Aİ içərisində hələ də ədalətli mövqeyə sahib olan dövlətlər var. Ümumiyyətlə isə Macarıstanın və bu ölkənin baş naziri Viktor Orbanın proseslərə ədalətli və özünəməxsus tərzdə yanaşması, sözsüz ki, Fransa başda olmaqla, bəzi Aİ dövlətlərinin maraqlarına cavab vermir. Aİ sülh fondu vasitəsilə ötürüləcək yardımın bloklanması Azərbaycanın və onun Avropadakı dostlarının daha bir uğurudur”.

//Gülnarə Abasova, Editor.az