Avropa İttifaqı Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırılmırbackend

Avropa İttifaqı Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ermənistanla hərbi təlimlər planlaşdırılmır və Aİ belə bir ehtimalı nəzərdən keçirmir.

Editor.az bildirir ki, bunu qurumun xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O, Avropa İttifaqının ilk növbədə hərbi ittifaq deyil, “siyasi və iqtisadi dəyərlər birliyi” olduğunu vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, Avropa erməni hərbçilərinin təlimi ilə məşğul olmaq niyyətində deyil, lakin “qeyri-öldürücü formatda” Avropa Sülh Fondu vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin yardımı ilə bağlı məsələyə baxa bilər.

Eyni zamanda Stano əlavə edib ki, hazırda konkret həll yolları yoxdur. Daha əvvəl məlum olmuşdu ki, Paris İrəvana 50-yə yaxın “Bastion” zirehli texnikası təhvil verəcək. Ermənistan mətbuatının yazdığına görə, Ermənistan artıq 24 maşın alıb. Bundan əlavə, Fransa “Sezar” artilleriya sistemləri, GM 200 radarları, VAB Mk3 zirehli maşınlarının partiyası və “Mistral 3” raket sistemləri göndərmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az