Avropa İttifaqı Fələstinə 1,6 milyard avro maliyyə yardımı ayırdıbackend

Avropa İttifaqı Fələstinə 1,6 milyard avro maliyyə yardımı ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Fələstinə 1,6 milyard avro maliyyə yardımı ayırmaq niyyətindədir. “Financial Times”ın Avropa komissarı Dubravka Şuikaya istinadən verdiyi məlumata görə, hakimiyyət orqanlarının maliyyə dəstəyinə 600 milyon avrodan çox vəsait ayrılacaq.

Bu məbləğdən bir qədər az məbləğ Qəzzanın və İordan çayının qərb sahilinin bərpasına yönəldiləcək.

Xatırladaq ki, Brüssel bundan əvvəl Qəzzanın İsrail tərəfindən humanitar blokadaya alınmasına qarşı çıxış etmişdi. Aİ səlahiyyətlilərinin bildirdiyinə görə, Təl-Əviv anklava humanitar yardımın çatdırılmasına maneçilik törədir. Aİ də bəyanatında itkilərin çox olduğunu qeyd edib və hərbi əməliyyatları dayandırmağa çağırıb.

//Samir Qurbanov, Editor.az