Avropa İttifaqı Fələstinə 691 milyon avro məbləğində yardım portfelini nəzərdən keçirir.
Editor.az bildirir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Vargelij X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib. Onun sözlərinə görə, 2023-cü il üçün bütün büdcə təklifləri təxirə salınıb və bütün ödənişlər dayandırılıb.
Çünki Avropa İttifaqı Fələstinin HƏMAS hərəkatını terror qruplaşması kimi tanıyır. “İsrailə və onun xalqına qarşı terror və vəhşiliyin miqyası dönüş nöqtəsidir. Həmişəki kimi iş ola bilməz”, – deyə o yazıb. Bu gün səhər saatlarında Almaniya rəsmiləri HƏMAS-ın İsrailə hücumlarına görə Fələstinə yardımın dayandırıldığını açıqlayıb.
Baxmayaraq ki, bu 2023 və 2024-cü illər üçün Almaniya ilə Fələstin arasında 125 milyon avroluq yardım göstərməli olan saziş var idi.
//Samir Qurbanov, Editor.az

