“Avropa İttifaqı Fransanın təsir dairəsindədir və onun qərarlarını həyata keçirir”-Politoloqdan AÇIQLAMAbackend

“Avropa İttifaqı Fransanın təsir dairəsindədir və onun qərarlarını həyata keçirir”-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirir ki, Azərbaycan hər zaman sülhə hazırdır, ancaq regionda sülhün bərqərar olmasını istəməyən dövlətlər, qüvvələr var. Avropa İttifaqının Ermənistana uzunmüddətli müşahidə missiyanın göndərilməsi barədə qərar Azərbaycanla razılaşdırılmayıb. Hansı ki, məlum olduğu kimi münaqişə vəziyyətində olan ölkələrlə bağlı qərar qəbul edildikdə mütləq şəkildə hər iki ölkəyə məlumat verilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Politoloq bildirib ki, Avropa İttifaqı Fransanın təsir dairəsindədir və onun çıxartdığı qərarları həyata keçirir:

“Buna görə də bu gün vəziyyət elə gətirib çıxarıb ki, Avropa İttifaqı özünün beynəlxalq təşkilat olmaq statusundan çıxıb və şəxsən prezident Makronun sifarişlərini yerinə yetirir. Ermənistan üçün bunun fərqi yoxdur. Bu gün rəsmi İrəvan əvvəl Rusiya və İrandan aslı vəziyyətdə olduğu kimi indi də Fransaya sığınır. Proseslərin uzanmasında maraq odur ki, Fransa regionda özünün təsir dairəsinin gücünü göstərmək niyyətindədir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu prosesə öz etirazını bildirəcək. Azərbaycan dövləti, siyasi təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri bunu qəbul etmir. Azərbaycandan xəbərsiz belə bir qərarın qəbulu sülhün əldə olunmasını istəyən təşkilatın atacağı bir addım deyil”.

Politoloq ötən ilin dekabrın 7-də sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında nəzərdə tutulan görüşün baş tutmadığına da diqqət çəkib:

” O zaman da Fransa bu görüşə əngəl oldu. Ermənistan tərəfi tələb etdi ki, Fransa prezidenti Emmanuel Makron da həmin görüşdə iştirak etsin. Azərbaycan isə belə bir şərti qəbul etmədi. Beləliklə, görünür nə Avropa İttifaqı, nə Fransa, nə də digər erməni havadarları sülhün əldə olunması, regionda sabitliyin bərpasını istəmirlər. Hər birinin öz maraqları və bunu təmin etmək üçün əllərindən gələni edirlər. Ermənistan narahat olmalıdır ki, bir vaxtlar arxasını söykədiyi İran və Rusiya kimi ölkələr də ona dost olmayacaq. Bir zamanlar Ermənistan sərhədi İran üçün “qırmızı xətti” idi. Ancaq indi bu, belə deyil. Proseslər dəyişdikcə Ermənistanın da onlara qarşı mövqeyi dəyişir. İndi İrəvan Avropaya, Fransaya sığınır”.

//Gülnarə Abasova, Editor.az