Gürcüstan hazırkı siyasi kursundan əl çəkməyənə qədər onunla Avropa Birliyinə qəbulla bağlı danışıqlar başlamayacaq.
Müvafiq bəyanat Avropa Komissiyasının namizədlərin Avropa İttifaqına gedən yolda genişlənməsi və tərəqqisinə dair illik hesabatına daxil edilib. Sənəddə vurğulanır ki, Gürcüstan rəhbərliyinin hazırkı kursu onun Aİ-yə daxil olma ehtimalını sarsıdır.
Xatırladaq ki, Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır.
//Samir Qurbanov, Editor.az

