Avropa İttifaqı Gürcüstanı cəzalandırmağı düşünürbackend

Avropa İttifaqı Gürcüstanı cəzalandırmağı düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi dayandıra bilər.

Editor.az xəbər verir ki, Brüssel bu qərarı Gürcüstanın xarici agentlər haqqında qalmaqallı qanunu qəbul etməsi ilə irəli sürür. Bu barədə Aİ səfiri Pavel Qerçinski xəbərdarlıq edib: “Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar müəyyən şərtlər əsasında verilib, indi onlara riayət olunub-olunmadığını yoxlamaq lazımdır”, – Pavel Qerçinski deyib.

Diplomat aydınlaşdırıb ki, viza rejiminin müvəqqəti bərpası ilə bağlı qərar Aİ üzvlərinin yarıdan çoxu tərəfindən dəstəklənəcəyi təqdirdə qəbul edilə bilər. O əlavə edib ki, hələlik biz altı ay müddətinə vizasız gediş-gəlişin dayandırılmasından danışırıq.

Yekun aydınlıq yaxın bir neçə həftə ərzində veriləcək. Gerçinski əlavə edib ki, o, bu ssenarini arzuolunmaz hesab edir, çünki bu, ilk növbədə Aİ ölkələrinə sərbəst hərəkət etməyə vərdiş etmiş vətəndaşlara təsir edəcək: “Adi insanlar yüksək bədəl ödəməli olacaqlar və bu, şübhəsiz ki, Aİ-nin məqsədi deyil. Bu, mənim şəxsi fikrimdir”, – Gerçinski yekunnlaşdırıb.

//Samir Qurbanov, Editor.az